İki seçim arasında qaldılar, üstünlü azərbaycanlı hücumçuya verdilər

00:50 Bizimkilər 143
İki seçim arasında qaldılar, üstünlü azərbaycanlı hücumçuya verdilər

“Bukovina”nın baş məşqçisi Sergey Şişenko futbolçusu, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu transfer etməkləri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə “sport rbs.ua”ya müsahibəsində bildirib.

Şişenko qeyd edib ki, transfer pəncərəsi zamanı komanda hücumçu axtarışında olub və əvvəlcə Daniil Kravçukun namizədliyini nəzərdən keçirib. Daha sonra seçim Renat Dadaşovun üzərində dayanıb.

Baş məşqçi 27 yaşlı futbolçunun Azərbaycan millisində, həmçinin Almaniya və Türkiyə çempionatlarında çıxış etdiyini xatırladıb.

“O, əsl hücumçudur, klassik 9 nömrədir. Yüksək oyun səviyyəsinə və meydanda nə etdiyini anlamaq qabiliyyətinə malik futbolçudur”, - deyə Şişenko bildirib.

Mütəxəssis Dadaşovun ilk məşqlərdən məşqçilər korpusunun tələblərini anladığını da vurğulayıb.

Bununla belə, onun komandaya uyğunlaşmalı, fiziki hazırlığını yaxşılaşdırmalı və kollektivin oyun üslubunu daha yaxşı mənimsəməli olduğunu qeyd edib.

“Bizim oyunlarımıza baxıb, necə çıxış etdiyimizi izləyib. İlk məşqlərdən onun futbol meydanında nə etməli olduğunu başa düşdüyü görünürdü”, - deyə baş məşqçi əlavə edib.

Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"