Vernidub niyə onu ehtiyata atdı? – “Neftçi”dəki gizli qalan səbəb üzə çıxdı

17:00 Neftçi 190
Vernidub niyə onu ehtiyata atdı? – “Neftçi”dəki gizli qalan səbəb üzə çıxdı

Emil Səfərov Yuri Vernidubun ilk gündən bəyəndiyi futbolçulardan biridir.

Əbəs deyil ki, ukraynalı mütəxəssisin gəlişindən sonra “Ağ-qaralar”ın əsas heyət üzvünə çevrilib.

Bu mövsümün əvvəlində də davamlı olaraq əsas heyətdə yer alırdı.

Amma son üç oyunda gənc futbolçunun əsas heyətdən kənarda qalması, cəmi 22 dəqiqə meydanda olması diqqətdən qaçmırdı.

Bu, heç də səbəbsiz deyilmiş.

Bakı təmsilçisi Səfərova yeni, üç illik anlaşma təklif edib.

Amma "Qəbələ"nin yetirməsinin yeni müqaviləyə qol çəkməsi gözləniləndən uzun çəkib.

Emil Səfərov nədənsə müqavilə imzalamağı bir qədər yubadıb.

Onun bu addımı Vernidubun da xoşuna gəlməyib və əcnəbi mütəxəssis bir növ onu ehtiyata atmaqla gözdən çıxarıb, cəzalandırıb.

Bir qədər gec olsa da, sonda tərəflər dil tapmağı bacarıb və 23 yaşlı futbolçu ilə 2+1 illik yeni anlaşma imzalanıb.

Biz milli fasilədən sonra qısa müddətdə artıq Emili əsas heyətdə görə bilərik.

Çünki aradakı problem öz həllini tapıb.

Millimizin üzvü 2024-cü ildən "Neftçi"nin formasını geyinir.

"Qəbələ"nin yetirməsi arxada qalan müddətdə burada keçirdiyi 50 matçda 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik