“Bu transferlər yayda edilməyibsə…“ – Deyilməyənləri o söylədi!

14:00 Neftçi 142
“Bu transferlər yayda edilməyibsə…“ – Deyilməyənləri o söylədi!

“İmişli”nin mərkəz və cinahlarda güclənməyə ehtiyacı var”.

Bu fikirləri Sportinfo.az-a açıqlamasında “Asadov Pro Bridge”in başçısı Emil Əsədov səsləndirib.

Menecerlik sahəsində mühüm işlər görən şirkətin rəhəbri Premyer Liqada ikinci ilini keçirən bölgə klubunun heyətlə bağlı problemlərinin olduğunu deyib:

“İmişli”nin heyətində xüsusilə “6” və “8” nömrə mövqelərinə yeni futbolçuların alınmasının vacib olduğunu düşünürəm. Komandanın mərkəzdə həm müdafiə balansını qoruyan, həm də topu irəli daşıyan futbolçuya ehtiyacı var.

Bu transferlər yayda edilməyibsə, qış pəncərəsində həmin boşluqların aradan qaldırılması məqsədəuyğun olar.

Bundan əlavə, təcrübəli və sürətli cinah oyunçusunun transferi komandanın hücum keyfiyyətini artıra bilər. Belə bir futbolçu “İmişli”yə daha birbaşa, sürətli və nəticəyönümlü oyun qurmaq imkanı verər”.

Fərid Namazovu bu yay komandanın sükanı arxasına qaytarmış "İmişli" rəhbərliyi 9 transfer çalışması həyata keçirib.

Seyxan Fərəcov (MOİK), Sadiq Məmmədzadə ("Difai"), Bəxtiyar Həsənalızadə ("Araz-Naxçıvan"), Fərid Nəbiyev ("Kəpəz"), Yusif İmanov ("Kəpəz"), Domingos Sengui Hermenegildo, Yvan Senin ("Şimal"), Ayxan Abbaszadə ("Turan Tovuz"), Françisko Morais Deko ("Alverka B", Portuqaliya).

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik