Karyerasını başa vurmaq istədiyi klub hansıdır? - “Barselona”nın yarımmüdafiəçisinin

10:20 İspaniya 110
Karyerasını başa vurmaq istədiyi klub hansıdır? - “Barselona”nın yarımmüdafiəçisinin

“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo karyerasını başa vurmaq istədiyi klubu seçib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, karyerasının ilk illərində çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıtmaq istəyir.

Olmo 2024-cü ilin yayından “Barselona”da çıxış edir. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədər qüvvədədir.

28 yaşlı yarımmüdafiəçi bu mövsüm İspaniya çempionatında 7 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

”Barselona” “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində əsas rəqiblərindən biridir. Komandalar 25 noyabrda Bakıda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik