“Şamaxı”nın yarımmüdafiəçisi Oruc Məmmədov Azərbaycan millisində debütündən danışıb.
Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu Litva ilə 1:0 hesablı qələbə qazandıqları qarşılaşmada ilk dəfə meydana çıxıb.
O, matçı belə dəyərləndirib.
“Oyun bizim üçün çox yaxşı keçdi. Birinci hissədə daha çox təzyiqi biz edirdik.
Qolumuzu da vurduq və hesabı qoruduq. Gələn oyunlarda da qələbə qazanacağımıza inanıram”.
Milli komandada debütü barədə danışan Oruc Məmmədov baş məşqçi Ayxan Abbasova təşəkkür edib:
“Çox yaxşı hissdir. Ayxan müəllimə buradan çox sağ ol deyirəm. Belə vacib oyunda mənə güvəndi. Ardı gələcək”.
