İspaniyanın məşhur klubu azərbaycanlı istedadı bəyəndi - FOTOLAR

14:40 Hadisə 195
İspaniyanın məşhur klubu azərbaycanlı istedadı bəyəndi - FOTOLAR

“QOLAT Sport Services” və “Villarreal“ın (İspaniya) akademiyası tərəfindən Bakıda təşkil olunan futbol düşərgəsi gənc futbolçular üçün beynəlxalq səviyyəli təcrübə və öz bacarıqlarını nümayiş etdirmək imkanı yaradıb.

Düşərgə çərçivəsində iştirakçılar “Villarreal“ akademiyasının metodologiyasına uyğun məşqlərdə iştirak edib, texniki və taktiki bacarıqlarını inkişaf etdirmək, eləcə də özlərini məşqçilərə göstərmək imkanı qazanıblar.

“Villarreal“ın rəsmi düşərgə proqramlarında da texniki, taktiki və mövqeyə uyğun məşqlərlə yanaşı, gənc futbolçuların fərdi inkişafına xüsusi diqqət yetirildiyi qeyd olunur.

Bakıda keçirilən düşərgənin nəticəsi olaraq Əli Hüseynov “Villarreal“ tərəfindən seçilən futbolçu olub.

Əli Hüseynovun seçilməsi düşərgənin əsas məqsədlərindən biri olan gənc istedadların beynəlxalq səviyyədə diqqətə çatdırılması baxımından əhəmiyyətli nəticədir.

“Villarreal“ öz rəsmi proqramlarında müxtəlif ölkə və regionlarda keçirilən futbol proqramlarından seçilən oyunçuların klubun beynəlxalq futbol inkişaf sisteminə daxil olduğunu bildirir.

“Villarreal“ 90 ildən artıq tarixə malik klub olmaqla yanaşı, 20 ildən çoxdur düşərgələr və futbol turnirləri təşkil edən strukturuna sahibdir.

Klubun akademiya proqramlarında əsas diqqət gənc futbolçuların texniki, taktiki və fərdi inkişafına yönəldilir.

“QOLAT Sport Services “ bu layihənin Azərbaycanda keçirilməsinə töfhə verməkdən və yerli gənc futbolçuların beynəlxalq futbol akademiyasının nümayəndələri qarşısında özlərini göstərmələri üçün platforma yaratmaqdan məmnundur.

Əli Hüseynovu təbrik edir, ona gələcək futbol karyerasında uğurlar arzulayırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik