“Sabah” ÇL-dəki ilk ev matçına nə qədər satış edib?

13:40 Sabah 124
“Sabah” ÇL-dəki ilk ev matçına nə qədər satış edib?

Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək “Sabah” – “Slaviya” (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Klub rəsmisi sözügedən oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın biletin satıldığını söyləyib.

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək ümumilikdə 100 mindən çox bilet satılmışdı.

“Sabah” Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. “Bayquşlar” oktyabrın 13-də “Slaviya”nı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik