«Sabah» rəhbərliyi akademiyada çalışanların narahatlığına son qoyub.
Yönətim 4 aydır əməkhaqqı ala bilməyən məşqçi və işçiləri sevindirib.
Bu barədə düşərgədən redaksiyamıza məlumat verilib.
Saytımıza bildirilib ki, rəsmilər personala görüşərək, maaş borcunun bu gün, uzaqbaşı, sabah ödönəiləcəyini vəd edib.
Burada işləyənlərin nəzərinə çatdırılıb ki, problem texniki məsələlərdən qaynaqlanıb və hər şey qısa müddətdə öz axarına düşəcək.
Onlar eyni halın bir daha təkrarlanmaması üçün müvafiq addımların atıldığını söyləyiblər.
SPORTİNFO.AZ
