Azərbaycan və Belarus arasında idman sahəsində əməkdaşlıq müzakirə edildi

08:10 Hadisə 126
Azərbaycan və Belarus arasında idman sahəsində əməkdaşlıq müzakirə edildi

Gənclər və idman naziri Fərid Qayıbov Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenkonu qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan və Belarus arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Hər iki ölkənin idmançıları və mütəxəssisləri arasında təcrübə mübadiləsinin, birgə layihələrin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"