“Futbolçular yorulanda bizim üçün çətin olur” - İki nəfəri xüsusi fərqləndirdi

15:20 Dünya futbolu 89
“Futbolçular yorulanda bizim üçün çətin olur” -  İki nəfəri xüsusi fərqləndirdi

Niderland millisinin baş məşqçisi Xavi Hernandes UEFA Millətlər Liqasının qrup mərhələsində Serbiya yığmasına qarşı keçirilən oyundan sonra iki futbolçusunun çıxışını xüsusi qeyd edib.

“Narıncılar” Serbiya üzərində 2:1 hesablı qələbə qazanıb.

Sportinfoaz “Vi.nl”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis matçdan sonra Ten Kopmeyners və Yorrell Hatoya xüsusi təşəkkür edib:

“Futbolçular yorulanda bizim üçün çətin olur. Kopmeyners və Hatonu xüsusi qeyd etmək istəyirəm.

Onlar əla oyun keçirdilər. Milliyə çağırılan bütün futbolçulara güvənmək lazımdır. Bu oyundan sonra razıyam”.

Niderland bu qələbədən sonra 8 xalla qrupda liderdir. Xavinin komandası Millətlər Liqasının 5-ci turunda Yunanıstan yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik