Millətlər Liqasında Azərbaycan millisi öz meydanında Litvanı qəbul edib.
Oyunun startına dəqiqələr qalmış 8-ci kilometr stadionunda əsl Litva ab-havası hökm sürüb.
Hazırda 100-dən çox litvalı azarkeş tribunadakı yerini tutub.
Bayraqlar və pankartlarla “silahlanan” qonaq fanatlar komandalarına dəstək olmaq üçün Litvanın müxtəlif şəhərlərindən Bakıya gəliblər.
Onların Azərbaycana səfəri təsadüfi deyil.
Belə ki, yerli federasiya litvalı azarkeşlərin Bakıya gəlməsini stimullaşdırmaq məqsədilə xüsusi kampaniya həyata keçirib. Bu çərçivədə hər bir azarkeş cəmi 300 avro ödəməklə Azərbaycana gediş-dönüş təyyarə bileti əldə edib.
Təbii ki, Bakıda qalma, qidalanma, şəhərdaxili nəqliyyat və digər xərclər isə azarkeşlərin öz hesabına qarşılanır.
Bütün bunların nəticəsidir ki, 8-ci kilometr stadionunda Azərbaycan yox, demək olar Litva ab-havası hiss olunub.
Qonaq tribunalarında bayraqlar dalğalanıb, pankartlar açılıb, bəstələr səslənib və çox sayda litvalı fanat öz millisinə dəstək olmağa çalışıb.
Lakin bütün bunlar bir işə yaramadı. Yığmamıza 0:1 hesabıyla uduzan baltikalılar D Liqasının ikinci qrupunda liderlik mövqeyini əldən verdi.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
