“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.
Son illər Türkiyədə legioner həyatı yaşamış Endri Çekiçi bundan sonra bölgə təmsilçisinin uğurları üçün tər tökəcək.
Çekiçinin “Qəbələ”yə keçidi sosial şəbəkələrdə də maraq doğurub. Azərbaycan millisinin üzvü Mahir Əmrəli albaniyalı futbolçunun paylaşımına münasibət bildirərək ona güc və alov emojilərini göndərib.
Mahirlə Endrinin tanışlığı təsadüfi deyil. Onlar bir neçə il əvvəl eyni komandanın şərəfini qoruyublar.
Türkiyənin “Konyaspor” klubunda eyni komandanın formasını geyiniblər.
Belə ki, 2022/23 mövsümünün ikinci yarısında Mahir Əmrəli “Konyaspor”da çıxış etdiyi vaxt Endri Çekici də komandanın aparıcı futbolçularından biri olub.
İki futbolçunun həmin dövrdən formalaşan tanışlığı illər sonra Çekicinin Azərbaycana – “Qəbələ”yə transferindən sonra yenidən diqqət çəkib.
HƏBİB / SPORTİNFO.AZ
