“Sabah” Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu “Mançester Yunayted”ə qarşı keçirib (0:4).
Sportinfo.az xəbər verir ki, “talkSPORT” nəşri Masazır təmsilçisinin tarixi və baş məşqçi Valdas Dambrauskasın qeyri-adi karyera yolu barədə geniş material hazırlayıb.
Məqalədə qeyd olunur ki, 2017-ci ildə yaradılan “Sabah” qısa müddətdə Azərbaycan futbolunun aparıcı klublarından birinə çevrilib.
Komanda 2018-ci ildə Premyer Liqaya yüksəlib, daha sonra isə ölkə çempionu olub və Azərbaycan Kubokunu qazanıb. “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi klub tarixinin ən böyük uğuru kimi qiymətləndirilir.
“talkSPORT” xüsusi olaraq Valdas Dambrauskasın həyat hekayəsinə diqqət çəkib:
“49 yaşlı litvalı mütəxəssis peşəkar futbolçu olmayıb. Onun məşqçilik yolunun başlanğıcı isə qeyri-adi hadisə ilə bağlıdır.
Dambrauskas 2002-ci ildə Litvada yayımlanan “Kim milyonçu olmaq istəyir?” televiziya yarışmasında təxminən 1000 funt sterlinq qazanıb. O, həmin vəsaitdən İngiltərəyə köçmək və məşqçilik təhsili almaq üçün istifadə edib.
Dambrauskasın İngiltərə ilə əlaqəsi bununla da məhdudlaşmır. Məşqçilik karyerasının ilk illərində “Manchester United Soccer Schools” sistemində çalışıb və uşaqlarla birlikdə dəfələrlə “Old Trafford” stadionunda olub.
“Sabah” Çempionlar Liqasının təsnifat mərhələlərində “The New Saints”, KuPS, “Orhus” və “Hapoel Beer-Şeva”nı mübarizədən kənarlaşdıraraq, əsas mərhələyə vəsiqə qazanıb.
Komanda bununla Çempionlar Liqasının liqa və ya qrup mərhələsinə yüksələn növbəti gənc klub olub”.
