Azərbaycan millisinin müdafiəçisi Rüfət Abbasov UEFA Millətlər Liqasının 3-cü turunda Litva üzərində 1:0 hesablı qələbə haqda fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, o komandanın Lixtenşteynlə heç-heçədən sonra yalnız qələbə barədə düşündüyünü deyib:
“Üç gün əvvəl Lixtenşteynlə heç-heçə etdik. Media və azarkeşlər də bizi çox tənqid etdi.
Normaldır. Bu gün yalnız qələbə haqqında düşünürdük.
Komanda da çox yaxşı oynayıb əzmkar mübarizə apardı. Lazım olan qələbəni qazandıq”.
