Premyer Liqadan Birinci Liqanın iddialı komandasına getdi

02:50 I Divizion 93
Premyer Liqadan Birinci Liqanın iddialı komandasına getdi

Bu yay “Turan Tovuz”dan ayrılan yarımmüdafiəçi Tural Bayramlının yeni iş yeri bəlli olub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Birinci Liqada davam etdirəcək.

Bayramlı hazırda MOİK-in düşərgəsindədir. “Xankəndi” ilə oktyabrın 2-də keçirilən yoxlama oyununda da iştirak etmiş futbolçu ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanacaq.

MOİK Birinci Liqanın ilk üç turunda dörd xal toplayıb. Sözügedən kollektiv turnir cədvəlinin beşinci pilləsində mövqe tutub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"