Təklif alan legioner “Qarabağ”da qalmaq istəyir

01:10 Qarabağ 134
Təklif alan legioner “Qarabağ”da qalmaq istəyir

“Çempionlar Liqasında oynamaq xoşbəxtlikdir, böyük nüfuz idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın braziliyalı müdafiəçisi Mateus Silva mediasport.az-a müsahibəsində deyib.

“Qarabağ” uzun illərdən sonra avrokubokların əsas mərhələsinə yüksələ bilmədi. Bu məqamın futbolçulara pis təsir etdiyini nəzərə alsaq, uzunmüddətli milli fasilə komanda üzvlərinin psixoloji cəhətdən tam olaraq özünə gəlməsi üçün yerinə düşdü?

- Avrokuboklardan kənarda qalmaq təbii ki, istər-istəməz adama pis təsir edir. Amma bu, futboldur. Yüksəlişlər-enişlər qaçılmazdır. Bu dəfə eniş hissəsini gördük. Lakin bu pauza həqiqətən də yerinə düşdü. Bilirsiniz ki, çox sayda yeni futbolçumuz var, yeni komanda qurulur. O baxımdan da yaxşı oldu.

Bu mövsüm üçün “Qarabağ”ın hegemonluğunu geri qaytarması nə dərəcədə realdır? “Neftçi”, “Sabah”, “Turan Tovuz”, “Zirə” kimi rəqibləriniz var.

- Təbii ki, o komandalar da illər boyu öz səhvlərindən nəticə çıxarır və güclənir. İstər “Neftçi”, istər “Turan Tovuz”, istər “Sabah” olsun, ya digər komandalar. Hamı ən yaxşısını göstərmək istəyir meydanda. Bizə gəldikdə, yeni oyunçularımız var. Sadəcə, bizə bir qədər vaxt lazımdır. Oyunumuzu, həmişəki sistemi “otuzduraq”, əvvəlki “Qarabağ”ı yenə də görəcəksiniz.

Ötən mövsüm “Qarabağ”da ən yaxşı performans göstərən oyunçulardan idiniz. İmtina etdiyiniz təkliflər oldu, ümumiyyətlə komandadan getmək ehtimalınız var idi?

- Çempionlar Liqasında oynamaq xoşbəxtlikdir, böyük nüfuz idi. Ona görə də təkliflərin gəlməsi normaldır. Nəinki mən, komanda yoldaşlarıma da gəldi. “Qarabağ”da özümü xoşbəxt hiss edirəm. Belə məsələləri buraxıram klubumun və agentimin öhdəsinə. Hazırda buradayam, burada xoşbəxtəm, bura fokuslanmışam. Qarşıdakı matçları düşünürəm.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"