“Sumqayıt”ın baş məşqçisi Uğur Özdemir Azərbaycan çempionatının ilk turunda NTD ilə keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Sportinfo.aiz xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında əvvəlcə komandanın yeni mövsümdəki hədəflərindən danışıb:
“Əsas hədəfimiz Sumqayıt şəhərini layiqincə təmsil edən komanda formalaşdırmaqdır. Bunun üzərində işləyirik.
Hazırlığa bir qədər gec başladıq. Tam hazır olduqdan sonra hədəflərimizi konkret müəyyənləşdirə biləcəyik.
Amma gündən-günə iddiamızı artırmaq üçün əlimizdən gələni edəcəyik. Mövsümün sonunda layiq olduğumuz yerdə qərarlaşmaq istəyirik”.
