Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Millətlər Liqasının D2 qrupunun üçüncü turunda Bakıda Litva üzərində 1:0 hesablı qələbə haqda danışıb.
Sportinfo.az xəbər verir ki, forvard deyib:
"Komanda çox yaxşı mübarizə apardı. Biz layiqli qələbə qazandıq.
Qrupda birinci yerdəyik ki, bu da artıq yaxşıdır. İndi klublarımıza diqqət yetirəcəyik, sonra isə qrupda Lixtenşteynə qarşı son oyuna hazırlaşacağıq.
Tsikli birinci yerdə başa vurmaq üçün yaxşı şansımız var. Bunun üzərində çalışacağıq. Ayxan Abbasov, hamınızın gördüyünüz kimi, əla iş görür.
Bəli, az qol vururuq. Litva ilə görüşdə mənim özüm iki qol epizodu əldə etdim.
Amma qol vura bilmədim, bunlar üzərində işləməliyik. Əsas odur ki, qalib gəldik. Heç kim bizə inanmırdı, amma özümüzə inandıq və qalib gəldik".
