Ondan da boşandı - FOTO

03:00 Almaniya 29
Ondan da boşandı - FOTO

“Bayern”in əfsanəvi qapıçısı Manuel Noyer gənc həyat yoldaşı Anika Bisseldən ayrılıb.

Sportinfo.az xəbər verir ki, RTL-in məlumatına görə , 40 yaşlı futbolçu və 26 yaşlı həndbolçu ikinci oğullarının dünyaya gəlməsindən bir neçə həftə sonra, oktyabrın əvvəlində ayrılıblar.

Avqustun sonunda cütlük ailələrinə yeni bir övlad qatıldğını elan etdi. Lakin onların ailə xoşbəxtliyi qısa sürdü: oktyabrın əvvəllərində cütlüyün evliliyi faktiki olaraq dağıldı.

Manuel Noyer və Anika 2020-ci ildən bəri rəsmi olaraq birlikdədirlər. 2023-cü ilin noyabr ayında Tegernsee gölündə rəsmi mərasimlə evləndilər və 2025-ci ilin iyul ayında Cənubi Tirolda ailələrini və dostlarını dəvət edərək böyük bir toy mərasimi keçirdilər.

Bu, qapıçının ikinci uğursuz evliliyidir. O, əvvəllər Nina Vays ilə evli olub: cütlük 2014-cü ildə tanış olub və 2017-ci ilin may ayında evlənib, lakin onların ayrılması 2020-ci ilin əvvəlində elan edilib.

Boşanma həmin ilin dekabr ayında başa çatıb. Manuel Noyer özü hələlik ayrılıqla bağlı açıqlama verməyib.

Noyer həyat yoldaşından ayrıldı

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!
15 Noyabr 01:10 Mahir kimə şərik oldu?