“Bayern” həyatımı dəyişdi” - “Qızıl top” alan Harri Keyn

22:00 Almaniya 85
“Bayern” həyatımı dəyişdi” - “Qızıl top” alan Harri Keyn

“Bayern”in hücumçusu Harri Keyn Almaniya klubuna transferinin karyerasında mühüm addım olduğunu bildirib.

İngilis futbolçu 2023-cü ilin yayında “Tottenhem”dən ayrılaraq Münhen klubuna keçib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qərarını belə izah edib:

“Bayern”ə keçmək karyeramda mühüm addım idi. Daim oynayacağımı bilərək, rahat bir mühitdə qalmaq asan olardı. Lakin inkişaf etmək üçün qarşıma yeni çağırış qoymaq istədim.

“Bayern” həm meydanda, həm də meydandan kənarda həyatımı dəyişdi. Ailəm və mən Almaniyada çox səmimi qarşılandıq”.

Keyn oktyabrın sonunda “qızıl top” mükafatına layiq görülüb.

“Bayern” bu gün Çempionlar Liqasında, səfərdə “Atletiko” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti