Dünya çempionu olan sabiq futbolçu prezidentliyə namizədliyini irəli sürəcək?

10:00 Almaniya 46
Dünya çempionu olan sabiq futbolçu prezidentliyə namizədliyini irəli sürəcək?

1990-cı ilin dünya çempionu Tomas Bertold Almaniya prezidentliyinə namizəd göstərilə bilər.

Sportinfoi.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, “Almaniya üçün Alternativ” (AfD) partiyası sabiq futbolçunun namizədliyini irəli sürməyi planlaşdırır. Partiyanın qərarı Berlində keçiriləcək iclasda rəsmən elan edəcəyi gözlənilir.

Almaniya Kansleri Fridrix Merts noyabrın 9-da Bavariya parlamentinin sədri İlze Ayqnerin prezidentliyə namizədliyini dəstəklədiyini açıqlayıb.

Prezidentliyə digər mümkün namizədlər arasında Bundestaqın sədri Yuliya Klökner və təhsil naziri Karin Prien də var.

Almaniyada prezident seçkiləri 2027-ci il yanvarın 30-da keçiriləcək. Ölkə prezidentini Federal Məclis seçir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!