Oliseni saxlamaq üçün əlindən gələni edəcək

00:20 Almaniya 49
Oliseni saxlamaq üçün əlindən gələni edəcək

“Bayern” rəhbərliyi komandanın vingeri Maykl Olise ilə müqavilənin müddətini uzatmaq üçün bütün imkanlardan istifadə edəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu fransalı futbolçuya maaşının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan sərfəli müqavilə təklif etməyə hazırlaşır.

Bununla belə, “Real” da Olisenin vəziyyətini yaxından izləyir. Bildirilir ki, “kral klubu”nun prezidenti Florentino Peres də daxil olmaqla, hər kəs Olisenin oyununa heyrandır.

Ancaq Madrid təmsilçisi hələlik “Bayern”ə rəsmi təklif göndərməyib. “Real” qarşı tərəflə olan yaxşı münasibətləri korlamaq istəmir.

24 yaşlı Olise bu mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...