Üç top-klubun “radar”ındadır - Almaniyalı yarımmüdafiəçi

00:00 Almaniya 78
Üç top-klubun “radar”ındadır - Almaniyalı yarımmüdafiəçi

“Bayern”in yarımmüdafiəçisi Lennart Karl İngiltərə Premyer Liqasının bir neçə top-klubunun maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul”, “Mançester Yunayted” və “Arsenal” 18 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Hazırda Karlın transfer dəyəri təxminən 60 milyon avro qiymətləndirilir.

Almaniyalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 11 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Onun Münhen təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu il iyunun sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM