ABŞ-nin “Nyu-York Red Bulls” klubunda çıxış edən hücumçu Erik Maksim Çupo-Motinq mövsümün sonunda komandadan ayrılacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 2026-cı ilin sonunda azad agent statusu alacaq.
Kamerunlu forvard karyerasını yenidən Almaniya çempionatında davam etdirmək niyyətindədir.
Çupo-Motinq daha əvvəl “Bayern”, “Şalke”, PSJ və “Stok Siti”də çıxış edib. O, MLS çempionatının bu mövsümündə 22 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
