“Qarabağ”ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.
Sportinfo.az xəbər verir ki, Kipr yığmasının qonağı olan Monteneqro rəqibini 4:1 hesabı ilə məğlub edib.
Qarşılaşmaya start heyətdə başlayan Yankoviç 90 dəqiqə meydanda olub. O, matçın 67-ci dəqiqəsində Nikola Kristoviçin vurduğu qolun ötürməsini verərək komandasının qələbəsinə töhfə verib.
Monteneqro 16 xalla qrupun lideridir.
Kipr - Monteneqro 1:4
Qollar: İoannis Pittas, 52-pen. – Milutin Osmajiç, 5, Milan Vukotiç, 58, Nikola Krstoviç, 67, 83
