“Bayern”in sabiq müdafiəçisi Lotar Matteus Harri Keynin Münhen klubu ilə müqaviləsinin müddətini uzatmasına münasibət bildirib.
İngiltərəli forvard “Bayern”lə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Matteus bu qərarın hər iki tərəf üçün faydalı olduğunu söyləyib:
“Bu, gözlənilən qərar idi və müqavilənin müddətinin uzadılması hər iki tərəfə sərf edir. Futbolçu ilə klub arasındakı münasibətlər bundan yaxşı ola bilməz. Ə
məkdaşlıqdan bütün tərəflər böyük fayda görür, bir-biri ilə açıq ünsiyyət qurur və qarşılıqlı hörmət nümayiş etdirirlər. 2023-cü ildə bu, həqiqətən də möhtəşəm transfer idi.
Son üç ildə isə Keyn gözləntiləri belə, üstələyib. Ola bilsin ki, qarşıdakı illərdə onun göstəriciləri və statistikası indiki qədər təsirli olmasın. Amma o, “Bayern” üçün hələ çox qol vuracaq.
Yəqin ki, tərəflər yeni müqavilənin iki, yoxsa üç illik olması barədə müzakirələr aparıblar. Ancaq “qızıl top”un sahibindən bir ilə və ya onun irəli sürdüyü bir neçə şərtə görə imtina etməzlər.
“Qızıl top”un sahibinə “yox” demirlər. Təsəvvür edin, klub onun şərtləri ilə müqavilənin müddətini uzatmasaydı, nə qədər böyük səs-küy yaranardı. Onun əvəzinə kim gətirilə bilərdi?
Həm belə məhsuldarlığa zəmanət verən, həm də klubun siması və lideri olan hansı futbolçu tapılardı?
Keyn arzulana biləcək bütün keyfiyyətlərə malikdir. “Bayern”in belə bir futbolçunu 2029-cu ilə qədər heyətində saxlaması bütün Bundesliqa üçün çox vacib idi.
Buna çox sevinirəm. Düşünürəm ki, bu xəbəri digər klubların azarkeşləri də müsbət qarşılayıblar”.
