“Bayern”in hücumçusu Harri Keyn “qızıl top” mükafatını UEFA Çempionlar Liqasının titulu ilə dəyişməyə razı olub-olmayacağı barədə danışıb.
Sportinfo.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu deyib:
“Düşünürəm ki, bəli. Mənim üçün komanda uğuru həmişə daha vacib olub , biz meydançaya məhz buna görə çıxırıq.
“Qızıl top”u qazanmaq həyatımın ən möhtəşəm anlarından biridir, lakin komanda ilə birlikdə qazanılan uğuru qeyd etmək insana inanılmaz hisslər bəxş edir. Hər kəs Çempionlar Liqasını qazanmaq istəyir”.
“Bayern” bu gün Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda səfərdə “Atletiko” ilə qarşılaşacaq.
