Azərbaycanlı qapıçı Eldar Tağızadə "Bistritsa"nın heyətində növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, onun komandası Sloveniyanın İkinci Liqasının 15-ci turunda “Beltinçi” ilə qarşılaşıb və 2:2 oynayıb.
Tağızadə meydana start heyətində çıxıb və sona qədər qapıda olub. "Bistritsa" hazırda turnir cədvəlində 24 xalla 4-cü pillədə qərarlaşıb.
