“Bayern”in baş icraçı direktoru Yan-Kristian Drezen komandanın hücumçusu Harri Keynlə yeni müqavilə danışıqları barədə açıqlama verib.
Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, klub rəsmisi danışıqların müsbət istiqamətdə getdiyini bildirib:
“Bu məsələdə nikbinəm. Sadəcə, bir neçə detalı razılaşdırmalıyıq. Keyn fantastik futbolçudur. Onun “qızıl top”u qazanması ilə fəxr edirik”.
33 yaşlı ingiltərəli hücumçunun “Bayern”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq. “Transfermarkt” portalı onun bazar dəyərini 60 milyon avro qiymətləndirir.
