Bakıya səfər Almaniya komandasını əldən salıb - AÇIQLAMA

08:50 Almaniya 886
Bakıya səfər Almaniya komandasını əldən salıb - AÇIQLAMA

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç “Sabah” üzərində 2:1 hesablı qələbədən sonra futbolçularının fiziki vəziyyətindən danışıb.

Sportinfo.az-ın Almaniyanın DPA agentliyinə istinadən yaydığı məlumata görə, xorvat mütəxəssis Bakı səfərinin yaratdığı yorğunluğa diqqət çəkib.

Kovaç rəqibin daha yaxşı fiziki vəziyyətdə olmasına diqqət çəkib. Onun komandası həftəiçi Çempionlar Liqasında Azərbaycanda “Sabah”la keçirdiyi oyun (2:1) səbəbindən ümumilikdə 11 min kilometr yol qət edib.

“Bizim qarşımızda səfərə çıxmamış, fiziki baxımdan daha gümrah rəqib olacaq. Biz isə uzun yol qət etmişik və bu səfərin yorğunluğunu tez bir zamanda üzərimizdən atmalıyıq ki, yenidən ən yüksək səviyyədə çıxış edə bilək”, – deyə baş məşqçi bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…