Avropada 5 top-klubun hədəfindədir - Fransalı müdafiəçi

00:10 Almaniya 49
Avropada 5 top-klubun hədəfindədir - Fransalı müdafiəçi

“Leyptsiq”in müdafiəçisi Kastello Lukeba Avropanın bir sıra top-klublarının transfer hədəfinə çevrilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Çelsi”, “Liverpul”, “Barselona” və “Bayern” 23 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qarşıdakı transfer pəncərəsində onun uğrunda ciddi rəqabətin yaşanacağı gözlənilir.

Lukeba 2023-cü ilin avqustundan Almaniya klubunda çıxış edir. Müdafiəçinin hazırkı müqaviləsinin müddəti 2029-cu il iyunun sonuna qədərdir.

“Transfermarkt” portalı fransalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!