“Arsenal”ın kapitanı Martin Odeqar karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportinfo.az “The Daily Briefing”-ə istinadən xəbər verir ki, “Bayern” norveçli yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Futbolçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda Münhen təmsilçisi London klubuna onun transferi ilə bağlı sorğu göndərib.
Odeqarla “Arsenal” arasındakı müqavilənin müddəti 2028-ci ilin yayına qədərdir. “Topçular” futbolçu ilə əməkdaşlığın müddətini uzatmaq üçün artıq danışıqlara başlayıb.
Yarımmüdafiəçi 2021-ci ilin avqustundan “Arsenal”da çıxış edir. Onun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.
“Arsenal” UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
