I Liqada ikinci mövsümünə hazırlaşan «Difai» yeni tərəfdaşla yoluna davam edəcək.
Qarabağ qazilərinin təmsilçisi olan klub «Best Klinik»lə əməkdaşlıq müqaviləsinə imza atıb.
Bakıda fəaliyyət göstərən klinika qarşıdakı müddətdə «fədailər»in tibbi təminatına yardımçı olacaq.
«Best Klinik»in baş hakimi Bayram Qorçiyev daim dövlətin yanında olduqlarını, dövlətçiliyə xidmət göstərdiklərini bildirib.
Tanınmış tibb xadimi «Difai»nin timsalında Qarabağ müharibəsinin iştirakçı və qazilərinə münasibətdə diqqəti davam etdirəcəklərini söyləyib.
Klubun prezidenti Asəf Məlikov «Best Klinik» ilə tərəfdaşlığın təsadüfi olmadığını vurğulayıb.
I Qarabağ müharibəsində ermənilərə qarşı döyüşmüş və yaralanmış, 2022-ci ildə isə ehtiyatda olan polkovnik kimi «Difai»ni yaradan A.Məlikov xatırladıb ki, Bayram Qorçıyev II Qarabağ savaşı zamanı böyük fədakarlıq göstərib:
«Biz onun müharibə vaxtı göstərdiyi xidmətlərdən yetərincə məlumatlıyıq. Bilirik ki, əsgərlərimizin sağlaımlığı üçün hansı əziyyətləri çəkib, gecə-gündüz səhra hospitalında olub.
Bayram doktorun sayəsində onlarla, yüzlərlə yaralı döyüşçü həyata qayıdıb.
Biz də bütün bunları nəzərə aldıq, qərara gəldik ki, qazilərin klubunun tibbi tərəfdaşı olmağa ən layiqli namizəd «Best Klinik»dir».
SPORTİNFO.AZ