“Ən yaxşı Messidir, heç kim məni onun qədər təəccübləndirməyib”

10:00 Dünya futbolu 86
“Ən yaxşı Messidir, heç kim məni onun qədər təəccübləndirməyib”

İspaniya millisinin və “Barselona”nın hücumçusu Lamin Yamal bütün dövrlərin ən yaxşı futbolçusunun kimliyi ilə bağlı suala qəti cavab verib.

Sportinfo.az “Barca Universal” nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı ulduz keçmişdə “Barselona”da çıxış etmiş, hazırda isə ABŞ-də “İnter Mayami”nin şərəfini qoruyan Lionel Messini fərqləndirib:

“Mənim seçimim Messidir. Mən çox futbol izləmişəm və heç kim məni Leo qədər təəccübləndirməyib.

Onun uğurları özü hər şeyi deyir. Messi unikaldır.

Argentinanın heyətində dünya çempionatında nəyə nail olduğuna və indi nə etməyə davam etdiyinə baxmaq kifayətdir. Mənim üçün burada hər şey aydındır və ikinci bir fikir ola bilməz”.

Lamin Yamal və Lionel Messi bu il “Qızıl top” (Ballon d'Or) mükafatına namizədlər siyahısındadırlar. Nüfuzlu mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti