Millətlər Liqasında növbəti mövsümə Litvada başladıq.
İlk dəfə D divizionunda mübarizə aparan yığmamız yerli komandanın qonağı oldu.
Kaunasmdakı duel sülh minimalhesablı alındı - 1:1. Litva mediasının oyuna reaksiyası xüsusilə maraqlıdır.
“15min” yazır ki, Litva üçün əsas problem topa sahib olduqları zaman sakitliyi və keyfiyyəti qorumaq olub.
Nəşrə danışan Edqaras Utkus qeyd edib ki, Litva nadir hallarda rəqibdən daha çox topa sahib olaraq oyunu “birinci nömrə” ilə aparır və komanda hücumların harada və necə inkişaf etdirilməsini daha yaxşı müəyyənləşdirməlidir.
Armandas Kuçis isə son üçdəbirdə soyuqqanlılıq və ustalığın çatmadığını bildirib.
Litva tərəfinin Bakıya böyük inamla gələcəyi də artıq açıq şəkildə görünür. Utkus cavab oyununa gedərkən əsas məqsədin qrupda birinci yer olduğunu deyib.
Kuçis isə Azərbaycan futbolçularının fərdi keyfiyyətini yüksək qiymətləndirməklə yanaşı, komanda oyununda boşluqlar gördüklərini bildirib.
Bu, təbii olaraq Litva futbolçusunun və yerli medianın qiymətləndirməsidir, lakin Bakıdakı cavab oyunu üçün maraqlı psixoloji fon yaradır.
Baş məşqçi Edqaras Yankauskas isə futbolçularının bu fikirlərinə nisbətən daha ehtiyatlı yanaşıb.
O, Litva ilə Azərbaycanın təxminən eyni səviyyədə iki komanda olduğunu və qrup liderinin məhz Bakıda keçiriləcək oyunda müəyyənləşəcəyini bildirib.
Litva çalışdırıcısı həmçinin komandasının start heyətinin orta yaşının təxminən 24 olduğunu və bunun oyundakı müəyyən dalğalanmaları izah etdiyini deyib.
SPORTİNFO.AZ
