Avropa Futbol Klubları (EFC) təşkilatının Kopenhagendə 33-cü Baş Assambleyası keçirilib.
Sportinfo.az xəbər verir ki, tədbirdə “Şəfa”nı prezident Kənan Sadıqlı və “MyGroup” holdinqin rəhbəri Emil İsgəndərov təmsil edib.
Onlar Danimarkanın paytaxtında bir sıra klubların nümayəndələri və məşhur şəxslərlə bir araya gəliblər. Kənan Sadıqlı və Emil İsgəndərov burada müəyyən tanınmış şəxslərlə görüşüb.
UEFA prezidenti Aleksander Ceferin, PSJ-nin prezidenti Nasser Əl-Xələfi, Niderdand millisinin əfsanəvi hücumçusu Patrik Kluvert və başqaları daxildir.
SPORTİNFO.AZ

