Federasiya prezidenti olan nazir jurnalistə irad tutdu: “Sualı elə verin ki...” - VİDEO

09:20 Basketbol 183
Federasiya prezidenti olan nazir jurnalistə irad tutdu: “Sualı elə verin ki...” - VİDEO

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb.

Sportinfo.az xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sual nazirin kəskin narazılığına səbəb olub.

Jurnalistin “Əhalisinin 2/3-sinin oxuduqlarını anlamadığı bir ölkədə basketbolu inkişaf etdirmək nə dərəcədə çətindir?” sualına Emin Əmrullayev sərt cavab verib:

“Bunun onunla əlaqəsi yoxdur, basketbolun boyla əlaqəsi var. Hündürboylu idmançılar, daha çox qidalanma və s. olsa, nəticələr əldə etmək olar.

Siz sual verəndə elə verin ki, növbəti dəfə mən də sizə cavab verim”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM