"Zirə"dən ayrılan legioner ölkəsinə qayıda bilmir

6 Avqust 2020 14:50 Zirə 996
"Zirə"dən ayrılan legioner ölkəsinə qayıda bilmir

Mövsümün sonunda "Zirə"dən ayrılan Mfo Kqasvane ölkəsinə geri dönə bilmir.

Sportinfo.az.xəbər verir ki, bu barədə "Mmegi.bw" məlumat yayıb.

Xəbərə görə, pandemiya səbəbindən sənədlə bağlı problem yaşayan futbolçu vətəninə qayıda bilmir.

Ölkəsinin "Qaborone Yunayted" klubundan təklif alan botsvanalı futbolçu yerli "Taunşip Rollerz" klubunun da maraq dairəsindədir. Lakin Kqasvanenin Avropada qalmaq ehtimalı da var.

Belə ki, Köhnə Qitənin bəzi ölkələrinin aşağı liqa klubları onu heyətində görmək istəyirlər. 2019-cu ilin yanvarından "Zirə"də çıxış edən Mfo Kqasvane ilə ötən yay 2 illik yeni müqavilə imzalanmışdı.

Xəbər Lenti