Həşimov: "Hakimin gözü qarşısında idi, penalti vermədi"

19 Dekabr 2019 18:09 Zirə 835
Həşimov: "Hakimin gözü qarşısında idi, penalti vermədi"

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Səbail"ə evdə 1:0 hesabıyla qlaib gəldikləri cavab görüşündən sonra mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, gənc çalışdırıcı ilk olaraq qarşılaşma haqda düşüncələrini bölüşüb.

- Çox stressli oyun idi. Bu, hər iki matça aiddir. Futbolçularımızda qələb əzminə görə həddən artıq gərginlik vardı. Sözün düzü, elə məndə də. Əsas odur ki, nəticə bizim üçün yaxşı oldu və mərhələni keçdik.

- 70 dəqiqə ehtiyatlı oynadız, son 20 dəqiqədə aqressiv çıxış etdiz. Bu, nə ilə bağlı idi?

- Ümumiyyətlə, ilk matçdan da ehtiyatlı başladıq. çünki rəqib bizə 1 qol vursaydı, iki qol vurmalı idik. Sonda hücuma atıldıq. Elvin Məmmədovun oyuna giməsi də buna əsas səbəb oldu, hücumlarımız artdı.

- Rəqibin qapısına təyin edilməyən penaltidə və qapınıza vurulan, ancaq sayılmayan qolda çılğın idiz. Bu epizodları necə şərh edərdiz?

- İlk oyunda da penalti epizodu vardı. Düz hakimin gözü qabağında idi. Aşkar penalti idi, hətta qırmızı vərəqə də vermək olardı. Fikrimcə, Qadzeni yıxdıqları epizodda penalti var idi. Ancaq indi dəqiq deyə bilmərəm. Rəhim Həsənov təcrübəli hakimdir. Yəqin ki, FİFA-nın son qaydalarını bilərək belə qərar verib.

- Məsələ penaltilərə uzansaydı, təyyarəyə gecikən futbolçunuz olacaqdı?

- Ola bilərdi. Səhv etmirəmsə, Skarlatakenin bir neçə saat sonra reysi var.

- Xulio Sezar Rodrigesi əlavə vaxt başlayan kimi meydana buraxdız və matçın qəhrəmanı oldu. Hissiyat var idi ki, oyunun qəhrəmanı olacaq, yoxsa....?

- Bu dəfə də iki hücumçuyla oynadıq. Sadəcə, indi Mfonu ilk dəqiqələrdən meydana buraxdıq. Meydana 6 yerli futbolçuyla çıxmışdıq və Xulionu meydana buraxmağı planlaşdırmışdıq. Hiss etmirdim ki qol vuracaq, sadəcə, komamdaya kömək edəcəyinə əmin idim.

Digər Xəbərlər
Xəbər Lenti