“Zirə” daha bir oyunçusu ilə sağollaşmaq ərəfəsindədir.
Qəsəbə təmsilçisi Yeqor Boqomolskini transferə çıxarıb.
Belaruslu hücumçununun cari mövsüm üçün sifariş edilməməsi bu plandan irəli gəlir.
Bura gələnədək ölkəmizdə 3 il “Neftçi“nin formasını geyinmiş 26 yaşlı legioner Rəşad Sadıqovun ümidlərini doğrultmayıb.
“Neftçi”də 3 il vaxt keçirdikdən sonra 2025-ci ilin yayında “Zirə”yə azad agent kimi keçən forvard bu qış “Ural”a icarəyə verilmişdi.
Amma Rusiyada çox qalmayan forvard hazırda mövsümün sonunadək müqavilə ilə bağlı olduğu “qartallar”ın düşərgəsindədir.
Junior Martinslə vida da eyni ssenari ilə reallaşdı. “Zirə” çempionat üçün sifariş etmədiyi braziliyalı hücumçunu Kambocadan “Prexxanrit Svayrinq”ə satdı. İ
ndi növbədə Boqomolskidir. Fərq ondadır ki, ”qartallar” cənubi amerikalının gedişindən pul qazandısa, belaruslunun yerdəyişməsindən hansısa gəlir əldə etməyi gözdən çıxarıblar.
Təki istəyəni olsun və müqaviləni ikitərəfli qaydada pozmağa razılaşsın.
Bu halda hər ya ay 7000 dollar irəli düşəcəklər. Çünki kontraktı 2027-ci ilin yayınadək qüvvədədir.
Yayda Konfrans Liqasında mübarizə aparmış zirəlilər ötən 3 ay ərzində 12 nəfərlə vidalaşıb.
Tiaqo Silva, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov, Brahim Konate, Junior Martins və Namik Ələskərovla münasibəti kəsiblər.
SPORTİNFO.AZ
