Qismətin indi “250”si var

8 Sentyabr 02:20 Zirə 438
Qismətin indi “250”si var

Qismət Alıyev Premyer Liqada 250-ci oyununu keçirib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, “Zirə”nin kapitanının yubileyi Misli Premyer Liqasının 4-cü turuna təsadüf edib.

“Sabah”la görüşdə (0:5) 250-ci matçına çıxan futbolçu 15 qola imza atıb.

Debütü 2014/15 mövsümünə təsadüf edən futbolçu 2 klubda forma geyinib. O, “Qəbələ”də 70 oyunda 1, “Zirə”də 180 matçda 14 dəfə fərqlənib.

Qismət turnirin tarixinə 250 və ya daha çox oyun keçirən 78-ci futbolçu kimi düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib