"Bu komananın keyfiyyətini heç kim müzakirə edə bilməz"

09:00 Zirə 117
"Bu komananın keyfiyyətini heç kim müzakirə edə bilməz"

Sportinfo.az xəbər verir ki, “Zirə”nin türkiyəli hücumçusu Eren Aydın Misli Premyer Liqasının növbəti turunda “Sabah”a 0:5 hesablı məğlubiyyətdən sonra sualları cavablandırıb.

– Məğlubiyyətin əsas səbəbi nədir?

– Məncə, oyuna yaxşı başladıq və ön xətdə pressinq edirdik. Amma fərdi səhvlərimizdən sonra hesab 3:0 oldu. “Sabah” kimi komandaya qarşı üç top geriyə düşmək bizə çox təsir etdi və ardınca yenə qollar gəldi. “Sabah”ı təbrik edir, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etməsini arzulayıram.

– “Sabah”ın meydana əsas heyətlə çıxacağını gözləyirdiniz?

– Bəli, bunu gözləyirdik və hazırlığımızı da ona uyğun qurmuşduq. Onların əsas heyətlə oynaması normal idi. Çünki onlar da çempionluq uğrunda mübarizə aparırlar. Kağız üzərində çətin oyun idi, amma çox yaxşı qələbə qazandılar.

– “Sabah”a qarşı uğursuz seriyanın səbəbi nədir?

– Futbolda belə hallar olur. “Sabah” çox keyfiyyətli komandadır, yaxşı futbolçuları var. Biz də hücumda pis oynamadıq, kifayət qədər təhlükəli vəziyyət yaratdıq. Hətta düşünürəm ki, liqada “Sabah”a qarşı bu qədər qol imkanı yaradan komandalar az olub. Təəssüf ki, oyun 5:0 bitdi. Müdafiədə komanda şəklində daha yaxşı çıxış etməliyik. "Qarabağ" və "Turan Tovuz"a qarşı oyunlarda da əlimizdən gələni edəcəyik.

– Növbəti rəqib “Qarabağ”dır. Hazırda Premyer Liqaya kökləniblər. Oyundan nə gözləyirsiniz?

– “Qarabağ” çox keyfiyyətli komandadır və yayda da güclü transferlər edib. Bu komananın keyfiyyətini heç kim müzakirə edə bilməz. Qurban Qurbanov çox yaxşı bir baş məşqçidir. Bizim üçün çox çətin oyun olacaq. Amma meydanda əlimizdən gələn ən yaxşı mübarizəni göstərəcəyik.

– Misli Premyer Liqasında ən çox xal qazanan hücumcusunuz Amma son iki oyunda qol vura bilməmisiniz. Buna münasibətiniz necədir?

– İki oyundur qol vura bilməmişəm, amma əsas məsələ komandanın nəticəsidir. Belə matçlarda kimin qol vurması önəmli deyil. "Sabah" və "Neftçi" ilə qarşılaşdıq. Bu gün də epizodlarım oldu, qol vura bilərdim, alınmadı. Növbəti oyunlarda bunun üçün çalışacağam.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM