"Qalatasaray"da da bu cür məğlubiyyət yaşamışam"

7 Sentyabr 23:00 Zirə 95
"Qalatasaray"da da bu cür məğlubiyyət yaşamışam"

"Qalatasaray"da bu cür məğlubiyyət yaşamışam".

Bu açıqlamanı Sportinfo.az-a "Zirə"nin hücumçusu Eren Aydın verib.

Premyer Liqanın 4-cü turu "qartallar" üçün xoş keçmədi.

Son çempion "Sabah"ın qonağı olan Rəşad Sadıqovun komandası meydandan darmadağınla ayrılmalı oldu - 0:5.

Matçdan sonra bizə danışan türkiyəli legioner karyerasında bu cür məğlubiyyətlər aldığını gizlətməyib:

"Təbii ki, karyeramda belə məğlubiyyətlər olub. “Qalatasaray”da da belə hallar yaşadım, hazırlıq oyunlarında da oldu, aşağı liqalarda da belə matçlar keçirmişəm.

Düzdü, bu cür oyunlar asan olmur. Hamımız bundan nəticə çıxarmalıyıq.

Qarşımıza baxmalı və bundan sonra ən yaxşı şəkildə mübarizə aparmalıyıq".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq