Braziliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlandı

4 Sentyabr 00:30 Zirə 378
Braziliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlandı

“Zirə” yeni futbolçuyla anlaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Portuqaliyanın “Çaveş” klubundan Talisson Moreyra Reys “Ktatau”nu transfer edib. 25 yaşlı braziliyalı yarımmüdafiəçiylə 3 illik müqavilə bağlanılıb.

Xatırladaq ki, "Zirə" bu yay Amin Seydiyev (son klubu "Sabah"), Maykon Kleyton (son klubu “Portimonense”, Portuqaliya), Vierinya (son klubu “Olimpiakos”, Kipr), Ayxan Hüseynov (son klubu "Turan Tovuz"), Hüseynəli Quliyev ("İmişli"), Kris Diqbeu, Dameyn Smiti və Dimitri Leqbonu da heyətinə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib