Qapısından 5 qol buraxan: “Arxayınlıq yox idi”

7 Sentyabr 02:20 Zirə 474
Qapısından 5 qol buraxan: “Arxayınlıq yox idi”

Misli Premyer Liqasının 4-cü turunda “Sabah”a 0:5 hesabı ilə məğlub olan “Zirə”nin qapıçısı Aydın Bayramov qarşılaşma baədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, jurnalistlərə müsahibəsində “Neftçi” üzərində qazanılan qələbədən sonra komandada arxayınlıq yaranmadığını bildirib:

“Xeyr, belə bir arxayınlıq yox idi. Əksinə, oyuna yaxşı hazırlaşmışdıq və düzgün motivasiya olunmuşduq.

Futbolda belə şeylər olur. Bundan dərs çıxarıb qarşıdakı oyunlara baxacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti