Dilənçilər Bakıda “Zirə“nin legionerini “soydu“

18 Dekabr 2019 18:17 Zirə 492
Dilənçilər Bakıda “Zirə“nin legionerini “soydu“

“Zirə”nin legioneri Bakıda soyulub. Hadisə Səbail rayonunda baş verib. Afrikalı futbolçunu dilənçilər qarət edib.

37 yaşlı paytaxt sakini Məmməd Hüseynov Səbail rayonu Polis İdarəsinə müraciət edib.

O bildirib ki, dekabrın 17-də saat 16:50-də Nigar Rəfibəyli küçəsində, 14 saylı binanın yaxınlığında iki dilənçi Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvanaya yaxınlaşıb.

Onlar gedəndən sonra afrikalı hücumçunun cibindən 500 dollar və 15 manat pul oğurlandığını aşkar edib.

Bununla əlaqədar 9-cu Polis Bölməsi araşdırmalara başlayıb. “Zirə”nin mətbuat xidmətindən Sportinfo.az-a bildiriblər ki, onlar olaydan xəbərsizdilər. Mfo başına gələnlər barədə kluba heç bir məlumat verməyib.

Xəbər Lenti
26 Fevral 19:02 AFFA-dan yeni məlumat
26 Fevral 14:25 AFFA rəsmiləri Sarayevoda
26 Fevral 11:23 "Şokolad Ronaldo" – FOTO
25 Fevral 21:08 Yunuszadə oynamadı