COP29

İsveç millisinin müdafiəçisi Azərbaycan klubunun onlara necə “ilişmə”sindən danışdı

31 Avqust 21:00 Zirə 1 975
İsveç millisinin müdafiəçisi Azərbaycan klubunun onlara necə “ilişmə”sindən danışdı

“Zirə” Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə qalib gəlsə də, turnirlə vidalaşdı.

Səfərdəki ilk oyunda “Omoniya”ya 0:6 hesabı ilə uduzan “qartallar”a Bakıdakı 1:0 hesablı qalibiyyət bəs etmədi.

Görüş başa çatandan sonra qonaq futbolçuların üzgünlüyü anşalşılan idi. Avrokuboklardakı 5 oyunluq qələbə seriyasının qırılması ilə heç cür barışa bilmirdilər.

Kipr təmsilçisinin təcrübəli futbolçularından olan, İsveç millisinin şərəfini qoruyan Filip Elander Sportinfo.az-a açıqlamasında məğlubiyyəti şərh edib:

“Gizlətmirəm, Bakıya qələbə dalınca gəlmişdik. Sonluğun bu cür olmasına görə təbii ki, məyusuq.

Məqsədimiz əsas mərhələyə vəsiqə qazanmaq idi. Bu istəyimizə çatdığımıza görə xoşbəxtik.

Ancaq məğlub olmağımız bizi bir qədər düşünməyə vadar edir. Çünki növbəti matçlarda bu cür səhvlər bizə baha başa gələ bilər.

Məğlubiyyətin konkret səbəbini söyləmək çətindir. Hər oyun fərqli olur.

Ötən həftə biz istəyimizə çatmışdıq, görünür, bu gün rəqib qələbəni daha çox istəyirdi. Onlar səhvə yol vermədilər, biz isə səhv etdik və uduzduq.

“Zirə”nin fərdi ustalığı yüksək səviyyədə olan futbolçuları var. Hansı ki, istənilən an təhlükə yarada bilirlər.

Lakin avrokubok təcrübəsi və kollektiv oyun baxımından nisbətən əziyyət çəkirlər. Məncə, bu fakt onlara mane oldu”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti