“Bu səhvlərə görə təxminən 5-6 xalımız itirilib” – “Zirə”nin qapıçısı da dilə gəldi

20 Sentyabr 2021 16:20 Zirə 610
“Bu səhvlərə görə təxminən 5-6 xalımız itirilib” – “Zirə”nin qapıçısı da dilə gəldi

“Küncdən gələn topa birinci qalxmışdım.

Topu tutmuşdum, amma rəqib futbolçu sürətlə mənə dəydi və başla əlimə zərbə endirdi”.

“Zirə” – “Sabah” (1:1) qarşılaşmasında qapısında şübhəli qol görən Mehdi Cənnətov Sportinfo.az-a açıqlamasında bunları deyib.

Millinin də qapısını qoruyan qolkiper epizodun hakimin gözləri qarşısında baş verdiyini bildirib:

“Topun trayektoriyasından da qayda pozuntusunun olduğunu görmək mümkündür.

Bütün bunlar hakimin gözləri qarşısında baş verdiyi halda, niyə belə qərar verdiyini anlamıram. Referi qolu hesaba alır və rəqibin topa oynadığını deyir”.

Fürsətdən istifadə edən Cənnatov, saytımız vasitəsi ilə ədalət təmsilçilərinə səslənməyi də unutmadı:

“Hakimlərin diqqətli olmalarını istəyərdim. Buraxdıqları səhvlər bütövlükdə oyunların nəticələrinə təsir edir.

Çempionat yeni başlayıb, amma hakimlər artıq bizə qarşı 3 kobud səhvə yol verib. Və bu səhvlərə görə təxminən 5-6 xalımız itirilib”.

Premyer Liqanın 4-cü turunun “Zirə” – “Sabah” oyununun 83-cü dəqiqəsində qonaqların müdafiəçisi Şpiro Periçinin korner zamanı rəqib qapıçı Mehdi Cənnətovla ikili mübarizə nəticəsində vurduğu qol ciddi şübhələrə yol açmışdı.

Digər Xəbərlər
Xəbər Lenti