“Zirə“dən “Benfika“ ilə aparılan danışıqlar barədə TƏCİLİ AÇIQLAMA

13 Yanvar 2021 22:20 Zirə 1 212
“Zirə“dən “Benfika“ ilə aparılan danışıqlar barədə TƏCİLİ AÇIQLAMA

“Zirə“nin müdafiəçisi Cəlal Hüseynovun Portuqaliyaya səfəri ertələnib.

Bu barədə Sportinfo.az-a klubun baş meneceri Elman Himayətoğlu bildirib.

Onun sözlərinə görə, 18 yaşlı istedadlı futbolçunun baxışdan keçmək məqsədilə “Benfika“nın düşərgəsinə yollanması koronavirus pandemiyasının nə vaxt bir qədər səngiməsindən asılıdır:

“Onun “Benfika“da baxışdan keçməsi üçün müəyyən vaxt müəyyənləşdirilmişdi. Bu müddət üçün vizaya müraciət etmişdik.

Sadəcə, vaxt azlığı və pandemiya ilə bağlı mövcud durum vizanın alınmasını gecikdirdi. Buna görə də ilkin təyin olunan vaxtda futbolçunun Portuqaliyaya getməsi alınmadı.

Bundan sonra klublar arasında baxış müddəti üçün növbəti tarixlər müəyyənləşdirilməlidir. Amma bu, təkcə bizdən və “Benfika“dan da asılı deyil.

Hazırda Portuqaliyada yoluxma sayı artan qrafik üzrə davam edir və karantin rejiminin sərtləşdirilməsi, müəyyən qapanmaların olması gözlənilir. Yalnız bu suallara aydınlıq gələndən sonra növbəti tarixlər müəyyənləşdiriləcək“.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"