“Turan Tovuz” cari mövsüm öz meydanında məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.
Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisi Misli Premyer Liqasının 10-cu turunda “Sabah”ı əliboş yola salıb – 3:2.
Bununla qərb komandası doğma arenasında keçirdiyi 5-ci matçda 4-cü qalibiyyətini əldə edib. Tovuzlular digər görüşdə isə heç-heçəyə imza atıblar.
“Turan Tovuz”la yanaşı, “Qarabağ”, “Sabah”, “Zirə” və “Neftçi” də evdə hələ uduzmayıblar.
Adları sadalanan klublardan “Zirə” hamıdan çox (6) ev matçına çıxıb. Digər üç komanda isə doğma azarkeşləri önündə 4 oyun keçirib.
